"Turan Tovuz" klubu Misli Premyer Liqasının IV turunda "Sumqayıt"la keçirəcəyi oyunun biletlərini satışa çıxardığını açıqlayıb.
Sport24.az xəbər verir ki, Qərb təmsilçisinin bununla bağlı "Facebook" səhifəsində etdiyi paylaşım azarkeşlərin etirazına səbəb olub.
Bölgə klubunun fanatları şərh bölümündə həm bilet qiymətləri, həm də komandanın son nəticələri ilə bağlı narazılıqlarını ifadə ediblər.
Tərəfdarlardan biri 8-10 yaşlı uşaqlardan da bilet tələb olunmasını vicdansızlıq adlandırıb. Yavər Babayev adlı azarkeş isə bu məsələ ilə bağlı iradını klub prezidenti Ehtiram Quliyevə çatdıracağını bildirib.
Şərhlərdə komandanın çıxışı ilə bağlı narazılıqlar da diqqət çəkib. Bəzi azarkeşlər baş məşqçi Kurban Berdiyevi istefaya səsləyiblər. Tərəfdarlar "Turan Tovuz"un mövsümün ilk üç oyununda qol vura bilməməsini qəbuledilməz hal kimi qiymətləndiriblər.
Beləliklə, "Sumqayıt"la oyun ərəfəsində Qərb təmsilçisində azarkeşlərin narazılığı da açıq şəkildə özünü göstərməyə başlayıb.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" oyunu sabah keçiriləcək.
Йавер Бабайев:
Turan Tovuz pfk bu mesajimi oxu lazimi yerlere çatdir. Her halda Etiram mellim bilsə imkan vermez o duruma. 8 - 10 yaşlı uşaqlar Turana azarkeşlik etmeye gelirse onlardan bilet teleb etmek vijdansizliqdi. Birde oyun baslayir 20 dəqiqeden cox vaxd gedir. Çöldə imkani olmayan, bilet ala bilmeyen 20 - 30 adam qalır ki onlari buraxmırlar. 5000 adama bilet satirsiz. 50 nefer ele buraxmaqla hecme olan deyil. Etiram mellimi goren kimi ozum yaxinlasib deyəcəm
Babek Mesimov
gelmeyne geleceyk ama istefa ancaq bele futbol oynamaq bele oyun olmaz
Asif Allahverdiyev:
Qurban Verdiyev geyməlidi vəsalam
Rafiq Həsən
Berdiyev getsə gələcəyik...
Vaqif Hesenov
Turanı hamı sevir.Lakin Berdiyev nə Ehiram bəyin nədə azarkeşlərin etimadını dogrultmur.
Гара Гарайев
3-oyuna bir top....ayibdi axi....aldiginiz maashin halalligini vermelisiz....
Əlhəm İsmayilov
Uzaqda yaşadığım üçün heç televizorda da izləmək fikrim yoxdur. Əsəbləşmə, ürək ağrısı keçirmək istəmirəm.
Elnur Məcid
Uğurlar Turan Tovuz İnşallah bu Berdiyevin son matçı olar
Zamin Chelsea Nəsirov
Getməyə, nə də əsəbləşməyə dəymir.