Super Liqa təmsilçisi "Qaziantep"in yeni baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, komandanın "sükanı" Orhan Aka tapşırılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə bir illik müqavilə imzalanıb.

 

Orhan Ak bundan öncə "Eyüpspor", "Ankaragücü" klublarında çalışıb.

 

"Qaziantep" çempionatda 3 turdan sonra 3 xalla 12-ci sıradadır.