Azərbaycan Basketbol Federasiyası (ABF) ilə U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç arasında əməkdaşlığa son qoyulub. Sport24.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.
Milan Kotaraç iki il ərzində bu vəzifədə fəaliyyət göstərib. O, aşağı yaş qruplarında perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində iş aparıb.
Bu müddət ərzində mütəxəssis gənc oyunçuların potensialının üzə çıxarılmasına, onların basketbol bacarıqlarının təkmilləşdirilməsinə və milli komanda səviyyəsində çıxışlara hazırlanmasına xüsusi diqqət yetirib.