Misli Premyer Liqasının 4-cü turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün son qarşılaşmasında "Neftçi" "doğma divarlar" arasında "Şəfa"nı qəbul edir.

 

Heç şübhəsiz ki, kağız üzərində qarşılaşmanın favoriti meydan sahibləridir. Yuri Vernidubun çalışdırdığı kollektiv mövsümün ilk 3 oyunundan ikisini qalib başa vurub, yalnız ötən tur "Zirə"yə yenilib. Zaur Həşimovun baş məşqçi olduğu "Şəfa" isə 3-cü turda "İmişli"yə yenilib. "Ağ-qaralar" bu görüşün favoriti kimi görünsə də, uzun fasilədən sonra elitaya dönən "Şəfa" əvvəlki görüşlərdə heç də pis təsir bağışlamayıb, özü barədə "bərk qoz" imicini formalaşdırıb.

 

Qeyd edək ki, hesabat həftəsinə sabah keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, IV tur

20:30. "Neftçi" - "Şəfa" 

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev 
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Novruz Əzimov
Bakı. "Palms Sports Arena". 

 

"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 3. Rüfət Abbasov 77. Falaye Sako 18. İfeanyi Metyu 97. Bassala Sambu 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 33. Breno Almeyda 11. Alen Şkribek

 

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 4. Elvin Camalov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel 27. Draqolyub Saviç

 

"Şəfa": 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 22. Umar Diav 34. Kristofer Mamenqi

 

Ehtiyat oyunçular: 99. Məmməd Hüseynov 96. Ayxan Əlizadə 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 55. Rauf Hüseynli 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 23. Nahid Əliyev 39. Eltun Babazadə 10. Dilan Mertens 8. Vlad Pop 7. Treyvon Fuller