3×3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, Çinin Şanxay şəhərində təşkil olunan yarışın qrup mərhələsində mübarizə aparan təmsilçimiz Almaniya seçməsi ilə görüşdə 16:11 hesablı qələbə qazanıb.
Daha əvvəl keçirilən görüşlərdə Fransa kollektivini 17:15 hesabı ilə üstələyən, Niderlanda isə 12:22 hesabı ilə uduzan "Neftçi SOCAR" bu qələbə ilə 1/4 final mərhələsinə vəsiqəni təmin edib. Təmsilçimizin A qrupundakı son mövqeyi mərhələnin yekun matçından sonra dəqiqləşəcək.
Beynəlxalq turnirin mövsüm finalının həlledici qarşılaşmaları sentyabrın 6-da baş tutacaq.