İngiltərə Premyer Liqasının III turu çərçivəsində "Mançester Siti" öz meydanında "Koventri"ni qəbul edir. Sport24.az xəbər verir ki, qarşılaşmada hesabı meydan sahibləri açıblar.

 

Matçın 26-cı dəqiqəsində norveçli hücumçu Erlin Haaland başla dəqiq zərbə endirərək komandasını önə keçirib.

 

Bu qol 26 yaşlı forvard üçün xüsusi əhəmiyyət kəsb edib. Haaland klub karyerasında 300-cü qoluna imza atıb. Norveçli ulduz bu göstəriciyə keçirdiyi 352 rəsmi oyunda nail olub. Təcrübəli hücumçu qollarının 20-sini "Molde", 29-unu "Zalsburq", 86-sını Dortmund "Borussiya"sı, 165-ini isə "Mançester Siti"nin heyətində vurub.