"Barselona"nın baş məşqçisi Hansi Flik yeni mövsüm üçün komandanın kapitanlarını müəyyənləşdirib. Sport24.az xəbər verir ki, Flikin seçimləri Rafinya, Pedri, Lamin Yamal, Erik Qarsiya və Frenki de Yonqdur.
Rafinya əsas kapitan, Pedri isə köməkçi kapitan olacaq.
Flik heyətin səsverməsindən sonra beş nəfərdən ibarət liderlər qrupunu seçib.