"Milan" "Real"ın braziliyalı hücumçusu Endriki heyətinə qatmaqdan vaz keçməyib. Sport24.az "Calciomercarto"ya istinadən xəbər verir ki, "rossoneri" qış "transfer pəncərəsi"ndə 20 yaşlı futbolçu üçün yenidən cəhd göstərəcək.

İtaliya klubunun yayda da Endriki icarəyə götürmək istədiyi, lakin "Real"ın baş məşqçisi Joze Mourinyonun bu keçidə qarşı çıxdığı bildirilir. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun mövsümün ilk yarısında komandada qalmasını istəyib.

"Milan" rəhbərliyi isə yanvarda bu transferi yenidən gündəmə gətirməyi planlaşdırır. Klub Endriki icarə əsasında heyətinə qatmaq və müqaviləyə satınalma şərti əlavə etmək niyyətindədir.

Qeyd olunur ki, transferin baş tutması böyük ölçüdə Endrikin mövsümün ilk yarısında "Real"da nə qədər oyun şansı qazanacağından asılı olacaq. Braziliyalı hücumçu həm forvard, həm də hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edə bilər.