3x3 basketbol üzrə "Neftçi SOCAR" kollektivi bu gün Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, təmsilçimiz Şanxayda keçirilən turnirin 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" komandası ilə qarşılaşacaq.

 

Görüş Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

 

Qeyd edək ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.