Kərim Benzema bu yay "Lion"a keçə bilərdi. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb. 

 

Klub rəhbərliyi 38 yaşlı hücumçunu transfer etmək variantını nəzərdən keçirib və oyunçu isə hörmət əlaməti olaraq komandada pulsuz oynamağa hazır olduğunu bildirib.

 

Lakin "Lion" Benzema ilə danışıqlara "Əl-Hilal"ın formasını geyinənrkən başlayıb. Oyunçu klubla müqaviləsini avqustun 31-də ləğv etsə də, 2030-cu ilə qədər Səudiyyə Ərəbistanı liqasının səfiri olduğu üçün başqa liqalarda oynaya bilməz.

 

Futbolçunun nümayəndələri mümkün istisna barədə danışıqlar aparıblar. Lakin müzakirələr nəticəsiz qalıb. Benzemanın karyerasını başa vurmaq ehtimalı yüksəkdir.