"Murov Az Terminal" voleybol klubu heyətinı yeni oyunçu cəlb edib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstan millisinin toppaylayıcısı Sergey Kuznetsovla anlaşıb. 32 yaşlı voleybolçu 2026/27 mövsümündən etibarən "Murov Az Terminal"ın formasını geyinəcək.
Kuznetsov ötən mövsümün ikinci yarısını Rusiyanın "Kuzbass" klubunda keçirib. O, Kemerovo təmsilçisinin heyətində Rusiya Superliqası və ölkə kubokunda ümumilikdə səkkiz matçda meydana çıxıb.
Qeyd edək ki, təcrübəli voleybolçu karyerası ərzində "Almatı", "Burevestnik", "Manqıstau", "Jayıq", həmçinin Qətərin "Qatar SC" komandalarında çıxış edib. Peşəkar karyerasına "Almatı"da başlayan Kuznetsov 2009-cu ildən Qazaxıstan millisinin üzvüdür.