"Trabzonspor"un qapıçısı Andre Onana Türkiyənin şimalında bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzaya düşüb, lakin xəsarət almayıb. Sport24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

 

"Mançester Yunayted"ə məxsus, hazırda icarə əsasında Türkiyə klubunda çıxış edən 30 yaşlı kamerunlu qapıçı, Konfrans Liqasının əsas mərhələsi çərçivəsində keçirilən Şotlandiya təmsilçisi "Harts"la (2:0) oyundan sonra ailəsi ilə birlikdə evinə qayıdırdı. Hadisə Trabzon vilayətinin Yomra rayonunda baş verib. Başqa bir nəqliyyat vasitəsi qapıçının idarə etdiyi avtomobilə arxadan çırpılıb və onu qarşıdakı maşına doğru itələyib.

 

Qeyd edək ki, nə qapıçı, nə də ailə üzvləri xəsarət alıblar. "Trabzonspor"un nümayəndələri onların vəziyyəti ilə maraqlanmaq üçün hadisə yerinə gəliblər. Klub prezidenti Ərtoğrul Doğan futbolçunun vəziyyətinin yaxşı olduğunu təsdiqləyib.