"Çelsi" və "Arsenal"ın keçmiş yarımmüdafiəçisi, İtaliya millisinin heyətində AVRO-2020-nin qalibi olan və hazırda "Flamenqo"da çıxış edən Jorjinyonun ilkin dopinq-nəzarət testinin nəticəsi müsbət çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Pilhado" portalı məlumat yayıb.

 

34 yaşlı futbolçu yaxın günlərdə təkrar testdən keçəcək. Əgər müsbət nəticə təsdiqlənərsə, futbolçunu altı aydan iki ilə qədər futboldan kənarlaşdırılma cəzası gözləyə bilər. 

 

Qeyd edək ki, Jorjinyo 2025-ci ilin yayından "Flamenqo"nun formasını geyinir. Onun Braziliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.