Misli Premyer Liqasının 3-cü oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" dopma meydanda "Turan Tovuz"la üz-üzə gəlir.

 

Turun mərkəzi qarşılaşmasına maraq çox böyükdür. Qış fasiləsindən sonra yüksəliş yaşayan meydan sahibləri avrokubok zonasına düşmək üçün çox səy göstərir. "Ağ-qaralar" bu gün qalib gələcəyi təqdirdə turnir cədvəlində 5-ci pilləyə yüksələ bilər. Qonaqlar isə qələbə qazanacağı halda 3-cü pillədə mövqeyini bir qədər də möhkəmləndirəcək.

 

Qeyd edək ki, hesabat həftəsinə sabah keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXIII tur

20:30. "Neftçi" - "Turan Tovuz"  

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov 
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. "Palms Sports Arena".