"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Rodrini komandanın əsas oyunçusu hesab edir. Sport24.az xəbər verir ki, bununla bağlı insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, ingilis klubu 29 yaşlı ispaniyalı futbolçunu satmağı düşünmür. Futbolçunun "Real"ın maraq dairəsində olmasına baxmayaraq, "şəhərlilər" "Kral klubu"nun transfer təkliflərini nəzərdən keçirməyəcək.

 

Qeyd edək ki, Rodri 2019-cu ilin yayında 70 milyon qarşılığında Madrid "Atletiko"sundan  "Mançester Siti"yə keçib. Yarımmüdafiəçi bu mövsüm 24 oyunda meydana çıxıb və iki qol vurub.