"Xetafe" "Mançester Yunayted"in keçmiş hücumçusu Ceydon Sançoya mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub futbolçuya həftəlik 10 min funt-sterlinqdən bir az çox məbləğ ödəməyə hazırdır. Bu, onun İngiltərə klubunda qazandığı həftəlik 250 min funt-sterlinq məvaciblə müqayisədə xeyli aşağı rəqəmdir. Futbolçu qərar verməzdən əvvəl baş məşqçi Xose Bordalas ilə görüşmək istəyir.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən yay mançester təmsilçisindən ayrıldıqdan sonra azad agent statusuna malikdir. O, 2025/26 mövsümünü icarə əsasında "Aston Villa"da keçirib. Meydana çıxdığı 39 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.