"Bavariya"nın baş məşqçisi Vensan Kompani Münhendə xəstəxanaya yerləşdirilib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport DE" məlumat yayıb.

 

40 yaşlı mütəxəssis məşqdən sonra huşunu itirib. Klubun məşq bazasına tibbi helikopter gəlib və belçikalı məşqçi xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin sabit olduğu bildirilir.

 

Qeyd edək ki, Kompani ötən həftə virus infeksiyasına yoluxmuşdu. O, komandanın bir neçə məşqini və Çempionlar Liqası çərçivəsində "Arsenal"a qarşı keçiriləcək oyundan əvvəlki mətbuat konfransını buraxmışdı. Buna baxmayaraq, mütəxəssis "topçular"la 2:2 hesabı ilə başa çatan qarşılaşmada komandaya rəhbərlik etmək üçün texniki zonada yer almışdı.