Bu gün Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 92 qarşılaşma baş tutacaq.

 

Azərbaycan millisi Bakı Kristal Zalında Timor-Leste yığması ilə qarşılaşacaq. Oyunun start fiti saat 19:30-da səslənəcək. Görüşdən əvvəl isə bu məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq.

 

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

 

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Final görüşü də Kristal Zalında baş tutacaq.

 

Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb.

 

Qeyd edək ki, yığmamız sabah saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə üz-üzə gələcək. Hər iki matç Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.