Niderland millisinin keçmiş yarımmüdafiəçisi Rafael van der Vaart "Qızıl top"u (Ballon d'Or) kimin qazanmalı olduğu ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı "Bild" nəşrinə açıqlama verib:

 

"Mbappe 'Qızıl top'u qazanmalıdır. Fikrimcə,, o, hazırda dünyada hamıdan açıq-aşkar üstün olan ən yaxşı futbolçudur. Mbappe demək olar ki, hər oyunda ən yüksək səviyyədə çıxış edir.

Bundan əlavə, o, möhtəşəm dünya çempionatı keçirdi. Ona görə də, bu mükafata layiqdir".

 

Qeyd edək ki, "Qızıl top" mükafatı oktyabrın 26-daLondonda təqdim olunacaq.