Baş məşqçi Niko Kovaç komanda ilə ilk 50 Bundesliqa oyununda qazandığı xallar üzrə Dortmund "Borussiya"sı rekordunu qırıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumt yayıb. 

 

Xorvatiyalı məşqçinin rəhbərliyi altında "qara və sarılar" Almaniya liqasında ilk 50 oyununda 107 xal toplayıb, 33 qələbə, 8 heç-heçə və 10 məğlubiyyətlə yadda qalıb. Bu, klub tarixində ən yaxşı göstəricidir.

 

Qeyd edək ki, Kovaç 2025-ci ildən "Borussiya"nı çalışdırır. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.