Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 4-cü tur yekunlaşacaq. Sport24.az əbər verir ki, günün ilk qarşılaşması Tovuzda baş tutacaq.

 

"Turan Tovuz" "doğma divarlar" arasında "Sumqayıt"ı qəbul edir. "Boz qurdlar"ın ötən həftə səfədə "Kəpəz"ə məğlub olması, düşərgədə ab-havanı korlayıb. Artıq azarkeşlər Kurban Berdıyevin istefasını tələb edirlər. Həftə ərzində komanda ətrafında neqativ fikirlər dolanır. Tovuz təmsilçisi bu gün də məğlub olsa və ya xal itirsə, böyük ehtimalla Berdıyev yola salınacaq. "Sumqayıt" isə cari mövsümdə xal üzünə həsrət qalan yeganə kollektivdi.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, IV tur

18:00. "Turan Tovuz" - "Sumqayıt"

 

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov 
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz. Şəhər stadionu.