Misli Premyer Liqasının IV turu çərçivəsində "Neftçi"nin qonağı olan "Şəfa" 1:4 hesablı məğlubiyyətlə üzləşib. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şəfa"nın baş məşqçisi  Zaur Həşimov matç haqda fikrilərini bildirib:

 

"I hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ard-arda gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin bizə çox xeyri olacaq".

 

- Nicat Mehbalıyevin qapıda inamsız oyunu haqda düşüncələriniz?

 

- Nicat bir neçə mövsümdür stabil oynamır. Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üstünə çox getmirik. Tək onun səhvindən məğlub olduğumuzu düşünmürəm. 

- Heyətlə bağlı peşmançılığınız varmı?

 

- Xeyr, belə düşünmürəm. Futbolçularıma güvənirəm.