İsrail çempionatında III turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadənin şərəfini qoruduğu "Kiryat Şimona" səfərdə "Hapoel" (Yerusəlim) klubunun qonağı olub.
Məhsuldar keçən qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Hapoel" (Yerusəlim) – "Kiryat Şimona" 4:2
Qollar: C.Tiehi, 52, A.İdoko, 58, 73, A.Sani, 66 ; N.Qabay, 15
Azərbaycanlı futbolçu matça start heyətində başlayıb və 75-ci dəqiqədə əvəzlənib.
Bu məğlubiyyətdən sonra aktivində 3 xalı olan "Kiryat Şimona" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.