Yay transfer dönəmində keçidlə bağlı razılığa gələ bilməyən "Liverpul" 2027-cı ilin yanvarında "Kristal Palas"ın yarımmüdafiəçisi İsmaila Sarrı transfer etmək üçün yenidən cəhd edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, mövsümlərarası fasilə dönəmində "Liverpul" 28 yaşlı seneqallı oyunçunun keçidini həll etməyə çalışsa da, istəyinə nail ola bilməyib.
"Liverpul" Sarrla müqavilə imzalamaq üçün ən azı iki təklif irəli sürüb. Sonuncusu təxminən 59 milyon avro məbləğində olsa da, "Kristal Pelas" tərəfindən rədd edilib.
Sarrın agenti Diomansi Kamara oyunçunun "Liverpul"a keçməsindən narazılığını bildirib və afrikalı futbolçuların karyera ambisiyalarına hörmətlə yanaşmağa çağırıb: "Hər müqavilənin arxasında bir insan, karyera, xəyallar və həyat seçimləri dayanır. Oyunçu söz sahibi olmalı və gələcəyini formalaşdıran qərarlarda hörmətlə yanaşılmalıdır".
Qeyd edək ki, Sarr 2024-cü ilin avqustundan "Kristal Pelas"da oynayır. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Futbolçu 2025/26 mövsümündə 43 matçda 21 qol vurub və 1 məhsuldar ötürmə edib.