"Neftçi"nin akademiyasında yetişmişəm və futbola burada başlamışam". Sport24.az xəbər verir ki, bu sözləri "ağ-qaralar"ın futbolçusu Rüfət Abbasov deyib.
Cinah müdafiəçisi Misli Premyer Liqasının IV turunda "Şəfa"nı evdə 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
"Neftçi"nin onun üçün xüsusi yerə sahib olduğunu bildirən futbolçu qələbənin davamının gəlməsini istədiklərini söyləyib:
""Neftçi" mənim evimdir. Burada olduğum üçün xoşbəxtəm. Bu gün əsas komandada ilk qolumu vurduğum üçün də xoşbəxtəm. Amma əsas bizim üçün qələbə qazanmaqdır. Bunun ardının gəlməsini istəyirik".
Rüfət Abbasov qarşılaşmada üstün tərəf olduqlarını da vurğulayıb:
"Standart vəziyyətdən qol buraxmışdıq. Ani diqqətsizlik olmuşdu. Buna baxmayaraq, dayanmadıq, hücumlarımızı davam etdirdik. Qollarımızı da vurduq. Daha çoxuna imza ata bilərdik. Daha yaxşı olmaq üçün də çalışacağıq".