"Kəpəz" rəhbərliyi sağ olsun, stadionun açılışından sonra keçirilən hər iki ev oyununa veteranlar üçün dəvətnamə göndərmişdi". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Veteran futbolçu Gəncə təmsilçisinin IV turda "şamaxı"ya məğlubiyyətini şərh edib:
"Şamaxı" bütün göstəricilərdə "Kəpəz"dən üstün idi. Təəssüf ki, komanda ardıcıl ik ev oyununda azarkeşləri sevindirə bilmədi. Stadionun dolmasına gəlincə, Gəncə klubunun oyunundan və hədəflərindən çox şey asılıdır. Liqada qalmaq uğrunda mübarizə aparacaqlarsa, inanmıram ki, yenə eyni sayda azarkeş gəlsin. Əslində oyunu stadiondan izləməyi sevmirəm. Epizodların təkrarına baxmaq üçün gərək evdə olasan. Futbol oynadığım vaxtlarda da zədəli olanda qarşılaşmaları çox vaxt evdə televizordan izləyirdim".
Rzayev Qərb bölgəinin daha bir təmsilçisi, vaxtilə formasını geyindiyi "Turan Tovuz"un da çıxşına toxunub:
"Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev mövsümün əvvəlində bildirdi ki, çempionluğa oynayırıq. Komanda çox zəif oyun nümayiş etdirir. Çempionluğa oynayan komanda belə çıxış edər? Sonuncu turda "Sumqayıt"la görüşdə də hesab 1:1 olarkən ikinci hissədə güclə bir qol vurub qalib gəldilər. Belə təsüdfi qələbələrlə çempionluğa iddialı ola bilməzsən. Hətta deyərdim. mükafatçılar sırasına da düşmək çətin görünür".
Qeyd edək ki, "Turan Tovuz" 7 xalla 5-ci, "Kəpəz" isə 3 xalla 9-cu yerdədir.