"Səbail" heyətinə yeni legioner cəlb edib. Sport24.az I Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümü Fransa III Liqasında keçirən Sofian Boudra paytaxt təmsilçisinin formasını geyinəcək.
23 yaşlı yarımmüdafiəçi ilə "1+1" şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçunun son klubu "Aubagne Air Bel" olub.