Sankt-Peterburq "Zenit"i Luis Enrikeni Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna satmaqdan imtina edib. Sport24.az xəbər verir ki, bu barədə "ESPN Braziliya" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Rusiya klubu Səudiyyə təmsilçisinin 45 milyon avroluq təklifini geri çevirib.

 

Braziliyanın "Botafoqo" və "Flamenqo", eləcə də İtaliyanın "Roma" klubları da Luis Enrikeni "Zenit"dən transfer etməyə çalışırdılar. Lakin maraqlı tərəflərdən heç biri hazırkı Rusiya çempionu ilə razılığa gələ bilməyib.

 

Qeyd edək ki, Enrike "Zenit"in heyətində 55 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.