UEFA Avropa Liqasının liqa mərhələsində keçiriləcək "Beşiktaş" – "Hapoel" (Beer-Şeva, İsrail) qarşılaşmasının məkanı dəyişdirilə bilər. Sport24.az xəbər verir ki, Türkiyə təmsilçisinin noyabrın 26-da evdə keçirməli olduğu oyunun Gürcüstanda təşkil ediləcəyi iddia olunur.

 

Jurnalist Mehmet Arslan "Libre Sports"un "YouTube" kanalında yayımlanan proqramda görüşün Gürcüstanın Batumi şəhərinə salınacağını bildirib:

 

"Türkiyə klubları İsrail təmsilçiləri ilə qarşılaşmalarını neytral meydanlarda, ölkə xaricində keçirirlər. "Beşiktaş" da noyabrın 26-da "Hapoel" ilə matçını Batumidəki 20 min nəfərlik stadionda oynayacaq. Ehtimal olunur ki, Serdal Adalı bu addımı atmamışdan öncə dövlət başçısının də rəyini öyrənib və razılıq alındıqdan sonra qarşılaşma Gürcüstana həvalə olunub".