Lionel Messi ("İnter Mayami") və Kriştianu Ronaldo ("Əl-Nəsr") Argentina milli komandasının sabiq hücumçusu Karlos Tevesin vida matçında eyni komandanın şərəfini qorumağa razılıq veriblər. Sport24.az xəbər verir ki, bu barədə Teves özü bəyanat yayıb.
Sabiq forvardın sözlərinə görə, qarşılaşmanın 2026-cı ilin dekabrında Buenos-Ayresdə yerləşən məşhur "Bombonera" stadionunda keçirilməsi planlaşdırılır.
Karlos Teves karyerası ərzində Lionel Messi ilə Argentina yığmasında, Kriştiano Ronaldo ilə isə "Mançester Yunayted" klubunda birgə çıxış edib.