"Barselona" 2025/26 mövsümündə rekord 1,06 milyard avro gəlir əldə etməsinə baxmayaraq, "futbol ili"ni 18 milyon avro zərərlə başa vurub. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bu, artıq Kataloniya klubunun ardıcıl üçüncü ili maliyyə baxımından zərərlə başa vurmasıdır. Lakin klubun əsas əməliyyatları təxminən 200.000 avro məbləğində kiçik bir mənfəət əldə edib.
"Barselona"nın sponsorluq müqavilələrindən əldə etdiyi gəlir 265 milyon avroya yüksəlib. Lisenziyalaşdırma və merçendayzinqlə məşğul olan BLM bölməsi 208 milyon avro gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 40 milyon avro artım deməkdir.
Lakin, törəmə "Barça Productions" şirkətinin balans dəyəri 23 milyon avro azaldılaraq 116 milyon avroya düşüb. Klub əvvəllər də "Barça Vision" investorları qarşısında ödənilməmiş öhdəliklərlə bağlı ciddi itkilər vermişdi.
Qarşıdan gələn maliyyə ili üçün klub 1,195 milyard avro gəlir proqnozlaşdırır və təxminən 1 milyon avro məbləğində mənfəət gözləyir.