PSJ-nin keçmiş oyunçusu Jerom Rotenin fikrincə, "Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe "Qızıl top" mükafatına layiq deyil. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "RMC Sport"-a açıqlama verib:
"Onun açıqlamasında hər şey son detallara qədər hesablanır. Son illərdə "Qızıl top"u qazananların arasında mükafatı onun qədər israrla tələb edən xatırlamıram. Kilian, heç kim səni ötən mövsüm üçün dünyanın ən yaxşı oyunçusu hesab etmir. İl ərzində bir dənə də olsun kubok qazanmamısansa, sus!".
Qeyd edək ki, Mbappe DÇ-2026-da meydana çıxdığı 8 oyunda 10 qol vurub. Lakin Fransa millisi finala çıxa bilməyib və üçüncü yer uğrunda görüşdə İngiltərəyə uduzub.