İngiltərə Premyer Liqası klubları "Brayton" və "Aston Villa" Paraqvay təmsilçisi "Nasyonal"ın formasını geyinən Mauro Koronellə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Brayton" Koroneli transfer etmək üçün əsas namizədlərdən biridir. "Aston Villa"nın da futbolçunu yaxından izlədiyi və müdafiə xəttinin gələcəyi üçün onu potensial transfer kimi nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, 18 yaşlı mərkəz müdafiəçisi ölkəsinin ən perspektivli futbolçularından biri hesab olunur. Koronel 2025-ci ilin iyununda əsas komandada debüt edib. O, 2026-cı ildə Paraqvay çempionatında 16 matçda meydana çıxıb və bu görüşlərin 8-də komandası qapısını toxunulmaz saxlayıb.