Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassi "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" daha əvvəl "Arsenal", "Tottenhem" və "Çelsi"nin də diqqət mərkəzində olan 30 yaşlı futbolçunu heyətinə qatmağı nəzərdən keçirir.
Bildirilir ki, "Mançester Yunayted" bu hücumçu ilə hələ 2023-cü ildə maraqlanmışdı, lakin qvineyalı oyunçu həmin vaxt "Ştutqart"a keçməyə üstünlük vermişdi.
Cari mövsümdə Qirassi altı oyunda meydana çıxıb, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 5 xalla 12-ci pillədə qərarlaşıb.