Bu gün şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında III tur çərçivəsində növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət komanda İsveçrə ilə üz-üzə gələcək.
Xanımlar isə İsveçlə qarşılaşacaq.
Qeyd edək ki, geridə qalan iki turda kişilərdən ibarət yığma Mərakeş (4:0) və Filippini (3:1), qadınlar isə Qvatemala (4:0) və Danimarkanı ( 4:0) məğlub ediblər. Turnir İsveçrə sistemi üzrə keçirilir və11 turdan ibarətdir. Yarışa sentyabrın 27-də yekun vurulacaq.