Misli Premyer Liqasının 6-cı turunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ikinci qarşılaşması "Tofiq Bəhrəmov"da baş tutacaq.
"Qarabağ" "Şəfa"nı qonaq edir. Heç şübhəsiz ki, oyunun favoriti Ağdam təmsilçisidir. Ancaq uzun müddətdən sonra elitaya dönən "Şəfa" əvvəlki 4 turda sərgilədiyi oyunla azarkeş rəğbəti qazana bilib. Zaur Həşimovun komandası məğlub olduğu oyunlarda belə asan təslim olmayıb.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
19:45. "Qarabağ" - "Şəfa" 1:0
M. Yankoviç, 62, pen.
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
"Qarabağ": 23. Martin Zlomisliç 8. Marko Yankoviç (k) 2. Mateus Silva 5. Bruno Lanqa 10. Joni Montiel 29. Renaldo Sefas 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 7. Jali Muaddib 4. Bense Varkonyi 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 49. Əli Bəşirov 20. Kadi Borqes 19. Taofik İsmail 35. Pedro Bikalyo 11. Reda Xadra 88. Samuel Lobato
Baş məşqçi: Qurban Qurbanov
"Şəfa": 12. Əlirza Müştəbazadə 28. Murad Musayev (k) 83. Nihad Quliyev 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 34. Kristofer Mamenqi 7. Treyvon Fuller
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 55. Rauf Hüseynli 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 8. Vlad Pop 22. Umar Diav
Baş məşqçi: Zaur Həşimov