"Real"ın hücumçusu Kilian Mbappe hansı oyunçuları yenidən "Kral klubu"nda görmək istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, fransalı ulduz futbolçu bu barədə AS nəşrinə müsahibəsində bildirib:

 

"Kristiano, Zidan, Ronaldo... Kaş ki, onlar geri qayıda bilsəydilər. Keyfiyyət heç vaxt itmir. Onlar "Real"ın əfsanələridir. Onlar kluba çox şey veriblər və azarkeşlərə böyük emosiyalar yaşatmaqda davam edirlər".

 

Qeyd edək ki, sentyabrın 8-də "France Football" jurnalı 2026-cı il "Ballon d'Or" mükafatına namizədlərin siyahısını açıqlayıb. Mbappe mükafatı qazanmağa əsas namizədlərdən biri hesab olunur. Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.