Bu gücə "Copa Libertadores"in dörddəbir final mərhələsinin sonuncu oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Flamenqo" ilə Ekvador təmsilçisi "İndependiente del Valle" ilə arasında baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə əsasən Brazliya klubu yarımfinala vəsiqə qazanıb.

 

Beləliklə, bütün turnirin yarımfinalçılar müəyyənləşib. "Flamenqo" Argentina "Estudiantes"i, "Palmeyras" isə "Fluminense" ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Copa Libertadores"in yarımfinal mərhələsinin ilk oyunları oktyabrın 13-də, cavab oyunları isə bir həftə sonra, 20-dəkeçiriləcək.