Ötən mövsüm Misli Premyer Liqasının XXI turunda "Qəbələ" ilə matçda zədələnərək mövsümü erkən başa vuran Roy Kehatın durumuna aydınlıq gəlib. Klubdan Sport24.az-a verilən məlumata görə, "Sumqayıt"ın futbolçusu zədəsini sağaltmaq üzrədir.



 

34 yaşlı israilli yarımmüdafiəçi milli fasilədən sonra komanda ilə birgə məşqlərə başlayacaq.


Kehatın uzunmüddətli bərpa prosesinin artıq son mərhələsində olduğu bildirilir.


Qeyd edək ki, yarımmüdafiəçi bir neçə gün öncə, "kimyaçılar"ın vitse-kapitanı təyin olunub.