Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 6-cı tura start verilir. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qəbələdə keçiriləcək.
Bölgənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Neftçi"ni qonaq edir. "Qırmızı-qaralar" meydana yeni baş məşqçi, şimalı makedoniyalı Yeton Beqirinin rəhbərliyi altında çıxacaq. Meydan sahibləri uğurusuz startdan sonra gürcü Kaxaber Tsxadadze ilə yolları ayırıb. Hazırda aktivində 4 xal olan bölgə təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qonaqlar isə səfərə Premyer Liqanın liderlərindən biri kimi yollanıb. "Ağ-qaralar" 5 turdan sonra 12 xalla "Sabah"la birinci, ikinci yerləri bölüşürlər. Qəbələdə keçirilən matç paytaxt təmsilçisi üçün həm də xüsusi önəm daşıyır. Yuri Vernidubun çalışdırdığı komanda ölkə çempionatları tarixində 1000-ci oyununa çıxacaq.
Heç şübhəsiz ki, səfərdə oynamasına baxmayaraq, qarşılaşmanın favoriti "Neftçi"dir. Ancaq meydan sahiblərindən də sürpriz gözləməyə dəyər.
Misli Premyer Liqası
I dövrə, VI tur
17:30. "Qəbələ" - "Neftçi" 3:0
Qollar: B. Almeyda, 25, A. Akinyemi, 86, L. Tupta, 90+2.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ. Şəhər stadionu.
"Qəbələ": 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma
Ehtiyat oyunçular: 32. Artur Motta 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 81. Samir Ağayev 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 24. İsmael Akinade 3. Edson Eduardo
"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 55. Endryu Qravilyon 33. Breno Almeyda 10. Freddi Varqas 88. Viçko Şevel 11. Alen Şkribek 27. Draqolyub Saviç
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 14. Elvin Bədəlov 17. Murad Xaçayev 7. Emil Səfərov 24. Mustafa Sek 18. İfeanyi Metyu 97. Bassala Sambu 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 22. Denzel Jubitana 20. Qustavo Klisman