Portuqaliya ikinci divizionunda çıxış edən "Torreense" Avropa Liqasının liqa mərhələsinə qələbə ilə start verib. Sport24.az xəbər verir ki, Priney yarımadasının təmsilçisi səfərdə Norveçin "Lillestrom" klubunu 2:1 hesabı ilə məğlub edib.

 

Qonaqların heyətində Alexandro Alfaro (23-cü dəqiqə) və Manuel Pozo (49-cu dəqiqə) vurublar. Norveç təmsilçisinin heyətində isə 79-cu dəqiqədə Tomas Lene Olsen fərqlənib.

 

Qeyd edək ki, "Torreense" Avropa Liqasına vəsiqəni Portuqaliya Kubokunu qazanmaqla əldə edib.