Hazırda işsiz olan Antonio Konte Səudiyyə Ərəbistanının "Əl-Əhli" və Türkiyənin "Fənərbaxça" klublarından gələn təklifləri rədd edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

İtalyan mütəxəssis 2025/2026-cı il mövsümünün sonunda İtaliya çempionluğu və ölkə Superkubokunu qazandığı "Napoli"dən ayrıldıqdan sonra hazırda klubsuzdur. Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli" Konteyə yüksək məvacibli təklif irəli sürsə də, o, bunu geri çevirib. Konte həmçinin"Fənərbaxça"nı çalışdırmaq təklifini də rədd edib.

 

Kontenin adı son günlər "Milan", "Yuventus" və "Mançester Yunayted" ilə yanaşaı hallanır. İtaliyalı mütəxəssisin "Milan" - "Benfika" oyun zamanı "San Siro"da görünməsi onun "qırmızı-qaralar"a çalışdıracağı ilə bağlı şayiələr daha da güclənib.