"Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarışda U-15 yaş qrupunda VII turun təxirə salınmış oyunu keçirilib. Sport24.az xəbər verir ki, görüşün yekununda EFA komandası "Zəngəzur" üzərində 5:1 hesablı qələbə əldə edərək yarımfinala vəsiqə qazanıb.
Qeydə alınan nəticə:
Zəngəzur – EFA 1:5
Qollar: Əli Seyfulla, 79 – Ömər Osmanlı, 15; Hüseyn Novruzlu, 33, Yusif Məmmədli, 50, Şahin Qasımzadə, 52, Kənan Həsənov, 68
Sentyabrın 20-də keçiriləcək yarımfinal oyunları:
"Qarabağ" – "Ulduz"
"Neftçi" – EFA