"Qalatasaray" futbolçusu İlkay Gündoğanla yollarını ayıracaq. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Məşqçilər korpusu yarımmüdafiəçinin performansından məmnun deyil.

 

"Qalatasaray" qış fasiləsində İlkay üçün təklifləri dəyərləndirəcək.

 

Qeyd edək ki, Gündoğan 2025-ci ildən "cim-bom"un formasını geyinir. O, bu mövsüm Super Liqada 1 matça çıxıb.