Argentinada "İnter", PSJ və "Qalatasaray"ın keçmiş hücumçusu Mauro İkardiyə ölkə daxilində avtomobil idarə etməklə bağlı 2099-cu ilə qədər qüvvədə olacaq ilkin qadağa tətbiq edilib. Sport24.az "Sky Sport"-a istinadən xəbər verir ki, bu qərar Argentina Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilib.
Sözügedən qərar sosial şəbəkələrdə yayılan və yol hərəkəti qaydalarının pozulmasını əks etdirən videodan sonra qəbul olunub. Kadrlarda 33 yaşlı futbolçunun sükan arxasında olduğu, onun sevgilisi Çina Suaresin isə təhlükəsizlik kəməri taxmadan və başı avtomobilin dam səviyyəsindən yuxarı qalxacaq şəkildə pəncərədən çölə əyildiyi görünür.
Nəqliyyat Nazirliyi bildirib ki, səlahiyyətli şəxslər hadisədən video vasitəsilə xəbərdar olub və İkardinin sürücülük vəsiqəsini yoxlayıblar. Məlum olub ki, onun vəsiqəsi 2019-cu ilin mayın etibarən Argentinada etibarsız hesabdır.