Maykl Karrik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən kənarlaşdırıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi mövsümə uğursuz startdan sonra bu addımı atmağı düşünür.
"Mançester Yunayted" sonuncu oyununda "Fulhem"lə 1:1 hesablı heç-heçə edib. Bundan əvvəl komanda Liqa Kubokunda "Brayton"a 2:3 hesabı ilə məğlub olub. "Qırmızı şeytanlar" həmçinin "Mançester Siti" (0:1) və "Hall Siti" (0:2) ilə qarşılaşmalarda məğlubiyyətə uğrayıblar.
Yayılan söz-söhbətə əsasən Karrik postundan uzaqlaşdırlacağı halda onun yerinə gələcək əsas namizəd Antonio Kontedir. Rəhbərlik 57 yaşlı italiyalı mütəxəssisi əsas namizəd kimi görür.