Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komanda birliyini gücləndirmək və oyunçular üçün daha dəqiq davranış qaydaları müəyyən etmək məqsədilə bir sıra yeni daxili qaydalar tətbiq edib. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Klopp və onun məşqçilər korpusu bu yeni tələbləri hələ avqust ayında keçirilən xüsusi, bir neçə gün davam edən seminar zamanı hazırlayıblar. İndi oyunçulardan nahara ayrı-ayrılıqda deyil, birlikdə gəlmələri tələb olunur. Həmçinin masaj və məşq zalındakı məşğələlər zamanı mobil telefonlardan istifadə qadağan edilib.
Klopp futbolçularıb şəxsi bərbərlərin iştirakını məhdudlaşdırıb. Onlara artıq təlim-məşq toplanışları zamanı komandanın bazasına gəlməyə icazə verilmir. Baş məşqçi böyük turnirlər zamanı futbolçuların həyat yoldaşları və digər ailə üzvlərinin səfərlərini məhdudlaşdırmağı planlaşdırır. Bununla belə, istirahət ilə komandaya zəruri diqqətin yönəldilməsi arasında tarazlıq yaratmağı hədəfləyir.
Qeyd edək ki, Yurgen Klopp bu ilin iyulunda Almaniya millisinin "sükanı arxasına" keçib.