Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma VIII turda son Olimpiadanın çempionu Hindistanla qarşılaşacaq.
Xanımlar isə Argentina yığması ilə üz-üzə gəlir.
Qeyd edək ki, geridə qalan 7 turdan sonra kişilərdən ibarət millimiz 12 xal toplayaraq 2-6-cı yerləri bölüşürlər. Əlavə göstəricilərə görə komandamız 5-ci pillədə qərarlaşıb. Qadınlardan ibarət yığma isə 10 xalla 14-cü yerdədir. İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət yarışa sentyabrın 27-də yekun vurulacaq.