"Real"ın baş məşqçisi Joze Mourinyo yaxın gələcəkdə komandanın nəticələrini yaxşılaşdırmasa, postundan uzaqlaşdırla bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Franko Qayardo özünün "X" səhifəsində yazıb.
Mənbənin sözlərinə görə, "Kral klubu"nun rəhbərliyi artıq Mourinyonun uğur qazana biləcəyinə şübhə ilə yanaşır. Florentino Peres vəziyyəti düzəltməsi üçün ona Milad bayramına qədər vaxt verəcək. Əks təqdirdə, o, çox güman ki, vəzifəsindən kənarlaşdırılacaq".
Qeyd edək ki, 7 turdan sonra aktivində 15 xal olan "real" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.