Səudiyyə Ərəbistanının "Əl-Kadisiya" klubunun yarımmüdafiəçisi Tidjani Reynders İngiltərə təmsilçisi "Mançester Siti"dən ayrılmasının səbəbləri barədə danışıb. Sport24.az xəbər verir ki, niderlandlı futbolçu bu barədə "Goal" portalına açıqlama verib:

 

"Karyeram bitdikdən sonra artıq işləmək istəmirəm. "Mançester Siti" ilə də müqaviləm başa çatdıqdan sonra da işləməyə ehtiyacım qalmayacaqdı. Lakin bu keçid mənə ailəmin gələcəyini təminat verir. Gizlətməyəcəyəm, bu müqaviləni imzalamaqla əminəm ki, hətta nəvələrim belə maddi cəhətdən təmin olunmuş vəziyyətdə qalacaqlar. Bəs onda niyə bundan imtina edim ki?"

 

Qeyd edək ki, "Əl-Kadisiyə" ilə bağladığı beşillik müqaviləyə əsasən, Reynders mövsüm ərzində 20 milyon avro məvacib qazanır.